Ana doğuşdan sonra dünyasını dəyişib

Şirvan şəhər sakininin doğuşdan sonra həyatını xilas etmək mümkün olmayıb.
Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü B.N avqustun 31-də Sabirabad rayon Regional Perinatal Mərkəzdə oğlan uşağı dünyaya gətirib. Lakin qadında qanaxmanın artıq olması səbəbindən Mərkəzin Cərrahiyə Şöbəsinə köçürülüb. Orada tibbi müdaxilələrə baxmayaraq qadın orada ölüb.
Mənbə: Apa