Ç. İyn 25th, 2025

Ankaradan Bakıya çarter reysi ilə Azərbaycan vətəndaşları gətirildi

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

Ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com