Aralıq Dənizində Xəzinələrlə Dolu Gəmi Qəbiristanlığı Aşkarlandı

Arxeoloqların tədqiqatına görə, 2000 metrdən çox dərinlikdə aşkarlanan bu qəbiristanlıq bizim eradan əvvəl 3-cü əsrə aiddir. Gəmilərdəki tapıntıların Qədim Yunan, Roma, Osmanlı və erkən İslam dövrünə aid olduğu müəyyən edilib.
Tapıntılar arasında Osmanlı İmperiyasına aid böyük bir ticarət gəmisi var. Gəmidə qədim çini qablar və Hindistana aid ədviyyat qalıntıları daxil olmaqla, 14 mədəniyyət nümunəsi mövcuddur. Gəmi təxminən 1630-cu ildə Misirdən İstanbula gedərkən qəzaya uğrayıb.
Alimlərin fikrincə, həmin gəmidən Çin, Hindistan, Fars körfəzi və Qırmızı dəniz sahillərindən, Şimali Afrika, İtaliya, İspaniya, Portuqaliya və Belçikadan malların daşınması üçün istifadə edilib. Burada tapılan qədim çini kolleksiyasının məhz Minq sülaləsinin sonuncu imperatoru zamanında (12-ci əsr) hazırlanıb.
Mənbə: TVR НОВОСТИ.
