Arıçılar üçün hazırlanmış sublimator avadanlığı təqdim edildi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən maliyyələşən fərdi sahibkar və arıçı Səyavuş Yağubov tərəfindən icra edilən “VARROA KILLER” ilə arıçılıq təsərrüfatlarında varroa gənəsinə qarşı mübarizə layihəsinin ilk tədbiri Astara rayonunda baş tutdu.İlk tədbiri giriş sözü ilə layihə rəhbəri Səyavuş Yağubov açaraq sahibkarları salamlamış, donor və layihənin məqsədi, layihə çərçivəsində görülmüş işləri və layihənin əldə etmək istədiyi nəticələr haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, layihə Astara, Lənkəran, Lerik və Masallı rayonlarını əhatə edir. İlk mərhələdə bu 4 rayondan olan 200 nəfər arıçı sahibkarlar arasında əyani sorğular aparılmışdır. Sorğunun nəticələrinə əsasən daha çox arı ailəsinə sahib və dərmanlama və digər prossedurları icra edən sahibkarlar seçilmişdir.
Seçilmiş 11 nəfər sahibkara sublimator avadanlığı təhvil veriləcəkdir. Tədbirdə çıxış edən KOBİA-nın Astara rayonu üzrə KOB Dostu Seymur Murtuzayev ölkədə sahibkarlar üçün yaradılmış imkanlardan və digər sahibkarların da faydalanmalı olan xidmətləri qeyd etmişdir. Həmçinin KOBİA-nın elan etdiyi qrant müsabiqələrə istənilən sahibkar öz ideyası ilə müraciət edə biləcəyini və düzgün hazırlanmış layihələrin maliyyə dəstəyi əldə edə biləcəyini də qeyd etmişdir.
Tədbirin eksperti Rafət Şirəliyev layihənin arıçı sahibkarlar üçün vacibliyini, hazırlanmış sublimator avadanlığının arıçı sahibkarların işində töhfə verəcəyini və sahibkarlar avadanlıqdan istifadə edərkən təhlükəsizlik qaydalarına doğru riayət etməli olduğunu qeyd etmişdir.Daha sonra layihə iştirakçıları bir neçə arıçının təsərrüfatında olmuş hazırlanan sublimator avadanlığının işləmə prosesi ilə əyani tanış olmuşlar. Təsərrüfatlarda seçilmiş 11 nəfər seçilmiş arıçıya sublimator avadanlıqları təhvil verilmişdir. Sahibkarlar sublimator avadanlığının onların fəaliyyətində xəstəliklə mübarizə üçün vacib avadanlıq olduğunu qeyd etmişlər və bu avadanlığın hazırlanmasında dəstəyi olan tərəflərə təşəkkürünü bildirmişlər.