Ç. İyn 25th, 2025

Arsenal avroliqa finalının qisasını ala biləcəkmi?

Bu gün futbol üzrə İngiltərə Kubokunda “Çelsi” və “Arsenal” komandaları arasında final oyunu keçiriləcək.

“Mediamax”ın məlumatına görə, mövsümün “Wembley” stadionunda təşkil olunacaq son qarşılaşmasını FİFA referisi Adam Nunn idarə edəcək.

Qeyd edək ki, “Arsenal” dörddəbir finalda “Şeffild Yunayted”i, yarımfinalda “Mançester Siti”ni məğlub edərək finala qədər yüksəlib.

“Çelsi” isə ilk olaraq “Leicester City” daha sonra “Mançester Yunayted”i məğlub etməklə finala adını yazdırıb.

Bu mövsüm liqanı zəif bir performansla səkkizinci yerdə bitirən “Arsenal”da Şkodran Mustafi, Qabriel Martinelli, Calum Çambers və Pablo Mari zədəlilər siyahısındadır.

“Çelsi”də isə finaldan əvvəl N’Golo Kante’dən başqa heç bir itki yoxdur.

Həm Mikel Arteta, həm də Frank Lampardın komandalarında ilk kuboku qazanması üçün çox vacib bir qarşılaşma olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com