Aşıq Ulduz aldığı təqaüdün məbləğini açıqlayıb

Məşhur aşıq, Əməkdar Mədəniyyət işçisi Ulduz Quliyeva aldığı təqaüdün miqdarını açıqlayıb.
Aşıq qonaq olduğu ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda prezident tərəfindən ona ayrılan təqaüddən söhbət açıb.
Proqramın aparıcısı Zaur Baxşəliyevin “Nə qədər təqaüd alırsınız?” sualına U.Quliyeva “Cənab Prezident mənə ömürlük təqaüd verib. Təqaüdün məbləği isə 1450 manatdır” – cavabını verib.
Mənbə: Oxuaz
Fidan İsrafilzadə