“Avqust ayı üçün 190 manat birdəfəlik ödəmə nəzərdə tutulmurdu”

“Avqust ayı üçün 190 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmurdu. Mənim təkidli tələbim və çıxışımdan sonra bu məsələ gündəmə gətirildi”.
Bunu açıqlamasında deputat Fazil Mustafa deyib:
“Mənim əlimdə olsa həmin pulun məbləğini 300- 400 manat təyin edərəm. Ən kiçik təhlükəsizlik və qida təminatı üçün bu olmalıdır. İnsanların qaydalara əməl etmədiyi təqdirdə karantinin uzadılması ilə bağlı fikir bildirirəm. Dərhal böyük bir kampaniya başlayır ki, sən kimsən karantini uzadırsan? Sanki karantini uzadan mənəm.
Mənim hədəfimdə kiminsə xoşuna gələmək deyə bir şey yoxdur. Siyasi opponentlər var ki, onların qarşısında acizdilər, müzakirəyə girə bilmirlər. Bilirlər ki, instənilən adamın arqumentini alt- üst etməyə hazırsan. Sadəcə olaraq həmin insanlar papulistcəsinə müəyyən dərəcədə yayındırıcı istiqamətdə insanları təhrik edib bizə qarşı yönəldirlər”.
Mənbə: Sonxəbər