Avroliqada ilk yarımfinalçılar məlum oldu

“MediaMax”ın məlumatına görə 10 avqust saat 23:00-da start götürən Mançester Yunayted – Kopenhagen və İnter Milan – Bayer Leverkuzen oyunlarında gözlənildiyi kimi favorit komandalar qalib gələrək adlarını yarımfinala yazdırıblar.
İnter Milan – Bayer Leverkuzen (2:1) matçının taleyi ilk hissədəcə həll olub. 15-ci dəqiqədə Barellanın qolu ilə önə keçən “Gürzələr”, 21-ci dəqiqədə Lukakunun qolu ilə fərqi artırıblar. Rəqibin təsəlli qoluna isə 25-ci dəqiqədə Kai Havertz imza atıb.
Mançester Yunayted – Kopenhagen (1:0) oyununda əsas vaxtda qalib müəəyənləşmədiyindən əlavə hissələr oynanılıb. Oyunda yeganə qolu Qırmızı Şeytanların heyyətində Bruno Fernandes dəqiq penalti zərbəsi ilə qapıdan keçirib.
Xatırladaq ki, İnterin yarımfinaldakı rəqibi Şaxtyor Donetsk – Bazel cütünün, Mançesterin rəqibi isə Vulverxempton – Sevilya cütünün qalibi olacaq. Digər 2 yarımfinal görüşü isə Bakı vaxtı ilə 11 avqust saat 23:00-da start götürəcək.