Avropa Liqasında I təsnifat mərhələsi başladı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunlarına start verilib.
Mediamax.az saytının məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma başa çatıb.Latviyanın “Riteryay” komandası öz evində İrlandiyanın “Derri Siti” komandasını qəbul edib. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunun əlavə vaxtında daha 1 qol vuran meydan sahibləri II raunda yüksəliblər.Günün marağla gözlənilən qarşılaşmalarından hal-hazırda davam edən PAOK – Beşiktaş oyununda hesab 3-1 ev sahibinin xeyrinədir.