Axtarılan Türkiyə vətəndaşı İnterpol xətti ilə Azərbaycanda tutuldu

2017-ci ildə cinayət törədən Türkiyə vətəndaşı Azərbaycanda tutulub.
İHA-nın verdiyi məlumata görə, qətldə günahlandırılan Cevat Koparır İnterpol xətti ilə saxlanılıb.
O, artıq Türkiyəyə aparılıb.
Qeyd edərək ki, hadisə 30 avqust 2017-ci ildə gecə saatlarında Muğlanın Menteşe rayonunda bir kafedə baş verib. Belə ki, müştəri Cevat Koparır münaqişə zəminində kafe işçisi Murat Ekicin ürəyinə bıçaq saplayaraq onu öldürüb.
Mənbə: Apa