Ç. İyn 25th, 2025

Ayasofiya artıq məsciddir

1934-cü ildə verilmiş qərara əsasən muzey kimi fəaliyyət göstərmiş Ayasofiya artıq məscid statusu daşıyacaq.

Nazirlər Kabinetinin verdiyi qərar məhkəmə tərəfindən ləğv edilib.

Ayasofiyada ilk namazın qılınması gələn həftənin cümə gününə planlaşdırılıb.

Bu qərara ən çox Yunanıstan hökuməti tərəfindən etirazlar bildirilib. Yunanıstan Mədəniyyət naziri Ayasofiyanın bütün insanlar üçün olan ortaq abidə olduğunu vurğulayıb.

Qeyd edək ki, Ayasofiya Osmanlı sultanı Fateh Məhmed tərəfindən zəbt edildikdən sonra 1934-cü ilə qədər məscid kimi fəaliyyət göstərib.

Mənbə Haberglobal

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com