Ç. İyn 25th, 2025

Azərbaycan Ordusunun şəhid zabiti Biləsuvarda dəfn olunub

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.

İyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu, Aşağı Cürəli kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Mənbə:xezerxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com