Ç. İyn 25th, 2025

Azərbaycan Respublikasının baş naziri müşavirə keçirib

Bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Müzakirədə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com