Ç. İyn 25th, 2025

Azərbaycanda baş həkimin oğlu iki qadının ölümünə səbəb oldu

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Kamran Nəsirlinin idarə etdiyi “Mercedes” markalı avtomobil iki piyada qadını vurub. Hər iki qadın hadisə yerində ölüb. Faktla bağlı araştırma başladılıb.

Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.

Mənbə: Apa Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com