Ca. İyn 26th, 2025

Azərbaycanda daha bir tanınmış professor koronavirusdan vəfat etdi

Filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Hüseyn Həşimli koronavirusdan vəfat edib.

Professor dünən gecə vəfat edib. Dəqiqləşdirə bilmədiyimiz digər məlumata görə, professorun bir yaxını (qardaşı olduğu iddia edilir) da virusun qurbanı olub.

Xatırladaq ki, H.Həşimli həm də AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini idi.

Digər məlumata görə, hazırda Naxçıvanda vəziyyət ağırdır.

Xüsusilə də Naxçıvan şəhəri, Culfa rayonu və rayona yaxın kəndlərdə koronavirusa yoluxma halı sürətlə yayılır.

Mənbə: BakuPost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com