Ç. İyn 25th, 2025

Azərbaycanda daxili turizmin inkişafı gözlənilir

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Əhməd Qurbanov daxili turizm haqqında açıqlama verib.

O, pandemiyanın dünyada və ölkəmizdə turizmə çox böyük ziyan vurduğunu bildirib. Həmçinin, Azərbaycanda daxili turizmin əsasən karantin müddəti bitdikdən sonra, may ayının sonu, iyunun əvvəlində başlayacağı haqqında məlumat verib.

Əhməd Qurbanov bildirib ki: “Sərhədlərin bağlı olması ilə əlaqədar olaraq insanlar xaricə səyahət edə bilməyəcəkləri üçün əsasən bölgələrimizə səyahət etməyə üstünlük verəcəklər və bu da artıq daxili turizmin inkişafı deməkdir. Biz Azərbaycan Turizm Assosiasiyası olaraq daxili turizmin inkişafı ilə bağlı mexanizmləri və konsepsiyanı yaxın günlərdə hazırlayacağıq. Bu konsepsiyaya əsasən daxili turizmin inkişafı, daxili turizmdə görülməli işlər, turizm şirkətlərinin daxili turizmdə keçməli olduğu yol xəritəsi və sairə özünü əks etdirəcək. Düşünürəm ki, daxili turizmin inkişafı əvvəlki vaxtlara nisbətən daha da artacaq. Çünki bölgələrimizin potensialı yüksəkdir. İnsanlar da karantin müddətindən çıxıb bölgələrə səyahət etmək istəyəcəklər .Ona görə də daxili turizmin inkişafını yüksək səviyyədə gözləyirik”.

Mənbə: Sonxeber.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com