Ca. İyn 26th, 2025

Azərbaycanda rekord sağalma – STATİSTİKA

Azərbaycanda daha 534 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 78269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, bu gün 6846 koronavirus testi aparılıb.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com