Ç. İyn 25th, 2025

Azərbaycandan Gürcüstana keçmək istəyən şəxslər saxlanıb

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 14 nəfər saxlanıb, Dövlət Sərhəd Xidməti bildirib.

Qurumun məlumatında deyilir ki, Ağstafa rayon sakinləri rayonun Sadıqlı kəndi yaxınlığından Gürcüstan istiqamətinə hərəkət etməyə cəhd edib və sərhəd zastavası tərəfindən saxlanıb.Saxlananlardan yeddisinin azyaşlı olduğu bildirilir.

Dövlət Sərhəd Xidməti azyaşlıların Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil verildiyini qeyd edib.

Qurum sərhəd pozuntusu hadisəsi üzrə “müvafiq əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini” bildirib.

Mənbə: BBC

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com