Ç. İyn 25th, 2025

Azərbaycanlı müğənni həbs edildi

Dünən axşam saatlarında Moskvada “Infiniti” markalı avtomobil “Mercedes”lə toqquşub. Nəticədə “Infiniti” səkidə olan piyadaların üstünə çıxıb.

Verilən məlumata görə, sürücü Elmin Quliyev maşını qırmızı işıqda, yüksək sürətlə idarə etdiyi üçün hadisə baş verib.

Qeyd edək ki, qəza nəticəsində dörd nəfər yaralanıb, onların üçü xəstəxanaya yerləşdirilib.

Belə ki, qəzanı törədən avtomobil sürücüsü 26 yaşlı müğənni Elmin Quliyev Rusiyada ELLEY səhnə adı ilə tanınır.

O, artıq Rusiya hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Hal-hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Xəbər24

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com