Ç. İyn 25th, 2025

Azərbaycan – Fransa oyununun vaxtı müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti oyununun məkanı və başlama saatı müəyyənləşib.

AFFA-nın rəsmi saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransanı sentyabrın 7-də qəbul edəcək.

Qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yer aldığı 2-ci qrupda keçirdiyi 6 oyunda 6 xal toplayan U-21 millimiz 5-ci pillədə qərarlaşır.

Mənbə: APA

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com