Azərbaycan futbolu yenidən beynəlxalq səviyyədə

Azərbaycanlı hakim Rauf Cabbarov UEFA-dan təyinat alıb.
FIFA referisi Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Ordabası” (Qazaxıstan) – “Botoşani” (Rumıniya) matçını idarə edəcək.
Cabbarovun köməkçiləri Namik Hüseynov və Elşad Abdullayev olacaq. 4-cü hakimi funksiyasını Kamal Umudlu yerinə yetirəcək.Qeyd edək ki, görüş avqustun 27-də keçiriləcək.
Mənbə: Report