Azərbaycan Gənclər Fondunun dəstəyi ilə gənclər üçün təlim keçirilib.

MEDIAMAX xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Aysun Məmmədli Fuad qızının icra etdiyi “İctimai Həyatda Bərabərlik” layihəsi çərçivəsində Bakı şəhəri, “İrəli” İctimai Birliyinin ofisində 2 günlük təlim, interaktiv oyunlar və tərəfdaş gənclər təşkilatlarının məlumat sessiyalarından ibarət tədbir həyata keçirilib. Ümumilikdə 30 nəfər olmaqla, bunlardan 11 inklüziv qrupa daxil olan və 19 ictimai fəaliyyəti zəif olan gənclər layihədən faydalanıb. Təlim proqramı 4 müxtəlif mövzunu əhatə edib. Belə ki, Raziyə Dadaşzadə “Könüllülüyün əsasları”, Rüstəm Məmmədov “Təhsilin gücünə həqiqətən inanmalıyıq?”, Sədaqət Rzayeva “Mübarizənlə qazan”, Mehdi Bəşirli “Karyera Planlaması” mövzusunda təlimlər keçirib.
Layihənin ikinci günündə 5 tərəfdaş gənclər təşkilatı və 1 komitənin məlumat sessiyası baş tutub. Müvafiq olaraq:
- İrəli İctimai Birliyi
- Sağlam Düşüncə Gənclər Təşkilatı • SDGT
- Miqrasiya Könüllüsü İctimai Birliyi
- Gənclərin İnkişaf və Karyera Mərkəzi
- National Assembly of Youth Organizations of the Republic of Azerbaijan
- Beyin Mərkəzləri komitəsi.
Təşkilatların nümayəndələri təqdimat şəkilində layihə iştirakçılarını məlumatlandırıb, onların suallarını cavablandırıblar.
Tədbir bağlanış mərasimi ilə yekunlaşıb. Təlimdə 2 gün ardıcıl şəkildə iştirak edən 30 nəfər gəncin hər birinə layihə rəhbəri Aysun Məmmədli tərəfindən sertifikatlar təqdim edilib.
Təlimdən sonrakı mərhələ üzrə təlim iştirakçısı olan gənclərin hər biri tərəfdaş gənclər təşkilatlarında könüllü fəaliyyətə cəlb edilib.




