Azərbaycan millisi məğlub oldu

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.
C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib.
Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Milli komandamızın yeganə qolunu 43-cü dəqiqədə Ramil Şeydayev, rəqib qapısından keçirib.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.
Mənbə: Xəbər Tv