Azərbaycan pandemiya ilə mübarizədə uğurlu addımlar atır

“Azərbaycanda COVİD-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik. ÜST-nın mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlamış və bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilmişdir”.
Bu sözləri bu gün keçirilən video-konfransda ÜST missiya rəhbəri, ÜST-nın Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz qeyd edib.
Həmçinin o – “Pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır. Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək”, – deyə bildirib.
Mənbə: Qafqazinfo