Bz. Avq 10th, 2025

Azərbaycan sərhədləri nə zaman açılacaq?

“Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır”.

BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə videokonfrans zamanı prezident İlham Əliyev belə deyib.

Prezident pandemiya zəiflədikcə, o cümlədən sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə bizim də sərhədləri açacağımıza ümid etdiyini qeyd edib.

Qeyd edək ki, o, bunun nə vaxt baş verəcəyini deməyin çətin olduğunu da vurğulayıb.

Mənbə: BakuPost

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com