Azərbaycanda icra başçısının müavinləri tutulub? – RƏSMİ AÇIQLAMA

Abşeron Rayon İcra Hakimiyyəti qurumun binasında əməliyyat keçirilməsi və müavinlərin həbs olunması barədə yayılan məlumatlara münasibət bildirib:
“Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat ximəti olaraq bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Rayon İcra Hakimiyyətinin binasında əməliyyat həyata keçirilməyib və müavinlər həbs olunmayıb. Hazırda müavinlərin hər biri iş başındadır”.