Azərbaycanda koronavirusdan ölən şəxsin dəfn görüntüləri

Gəncədə koronavirusdan ölən şəxs polislər tərədindən dəfn edilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 15-də Gəncə şəhər sakini Aqil Əfəndiyev DİN-in “102” zəng mərkəzi xidmətinə zəng edərək bacısının koronavirus infeksiyasından dünyasını dəyişdiyini və tətbiq olunan sərt karantin rejimi ilə bağlı çarəsiz olduğunu bildirib.
Müraciətlə bağlı dərhal polis əməkdaşları xüsusi geyimlərdə Məhkəmə Tibbi Ekpertizası və Patalogiya Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gələrək mərhumun cənazəsini xüsusi avtomobillə aparıb.
Karantin rejiminin qaydaları gözlənilməklə qadın islami qaydalarına uyğun dəfn edilib.
Mənbə: Oxuaz
Fidan İsrafilzadə