Ç. İyn 25th, 2025

Azərbaycanda rekor göstərici -koronavirusa yoluxanların sayı artıb

Azərbaycanda 508 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 335 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər isə dünyasını dəyişib.

Hazırkı dövrədək ölkəmizdə 13 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7503 nəfər müalicə olunaraq sağalıb, 167 nəfər vəfat edib, 6045 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam edir.

Qeyd edək ki, bu gün 6464 koronavirus testi aparılıb.

Mənbə: Medicina Az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com