Ç. İyn 25th, 2025

Azərbaycanın cənub ərazisində zəlzələ olub

Cəlilabad rayonunda zəlzələ olub.

Mediamax.az saytı Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, saat 11:05-də Cəlilabad stansiyasından 8 km cənubda, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.

Qeyd edək ki, zəlzələnin maqnitudası 3.5, dərinliyi isə 29 km olub.

Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss edilib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com