Ç. İyn 25th, 2025

Azəybaycanda koronavirusla bağlı WhatsApp botu istifadəyə verildi

TƏBİB, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və yerli startap şirkəti olan Botbox ilə birgə günün 24 saatı əhalinin koronavirus ilə əlaqədar suallarını cavablandırmaq, həmçinin, tez, etibarlı və rəsmi məlumat vermək üçün WhatsApp botunu istifadəyə verib. Bu günə qədər bot on mindən çox insan tərəfindən sınaqdan keçirilib və artıq 2200 abunəçisi var.

“TABIB bot” ilə dialoqa başlamaq üçün “Salam” yazıb +13022020234 nömrəsinə mesaj göndərdikdə, istifadəçilərə COVID-19 haqqında son xəbərlər, statistik məlumatlar, profilaktika tədbirləri və infeksiyanın yayılmasının qarşısını almaq üçün məsləhətlərdən ibarət olan ümumi səhifə təqdim edecək.

Mənbə: Qafqazinfo

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com