Azyaşlı pəncərədən yıxılaraq öldü

Hadisə Bakının Sabunçu rayonunun, Ramana qəsəbəsində qeydə alınıb.
Həsən bəy Zərdabi küçəsi mənzil 3-də yaşayan 2018-ci il təvəllüdlü Abdullayev Kamil Murad oğlu yaşadığı evin ikinci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası gəlsə də, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Apa.az