“Azərbaycan Ermənistanın quldurcasına işğal etdiyi torpaqlarını bir-bir azad edir”

“Ermənistanın soyqırımı törətdiyi Dağlıq Qarabağ başda olmaqla, Azərbaycan torpaqlarının bir hissəsinin işğalı təxminən 30 ildir davam edir. Beynəlxalq ictimaiyyətin bu soyqırımı və işğala illərdir səssiz qalmasından cəsarətlənən Ermənistan mülki əhaliyə qarşı yeni təcavüzkar hərəkətlərini davam etdirir. Buna görə də Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başlayıb və Ermənistanın quldurcasına işğal etdiyi əraziləri bir-bir geri alır. Türkiyə bundan sonra da “Bir millət, iki dövlət” olaraq haqlı mübarizəsində Azərbaycan dövlətinin, xalqının yanındadır. Azərbaycanlı qardaşlarımıza verdiyimiz dəstəyimizi bütün imkanlarımızla davam etdirəcəyik”