Azərbaycan və ABŞ mədəni əməkdaşlıq perspektivlərini müzakirə etdi

Mediamax.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 19.08.2020 tarixində Azərbaycanın mədəniyyət nazirinin birinci müavini – nazir vəzifəsini icra edən Anar Kərimov ABŞ səfiri Li Litzenberger ilə görüş keçirdi.
Tərəflər Azərbaycan ilə ABŞ arasında mədəni əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etdilər.
Qeyd edək ki, görüşdə Mədəniyyət Nazirliyi ilə ABŞ-ın Bakıdakı səfirliyi arasında Amerika guşələri proqramı çərçivəsində əməkdaşlıq haqqında yeni anlaşma memorandumu imzalandı.
Mənbə: News Az