Ç. İyn 25th, 2025

Azərbaycanda vəzifəli şəxs COVID-19 qurbanı oldu

Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.

Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.

Mənbə : Oxu az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com