Ç. İyn 25th, 2025

Azərbaycanlı müğənni hava limanında döyülüb

Müğənni Elnar Xəlilov döyülüb.

Mediamax.az Sonxeber-ə istinadən xəbər verir ki, ifaçının döyüldüyü anın görüntüləri “Space” TV-də yayımlanan “Gəl dərdini danış” proqramında yayımlanıb.

Verilişdə açıqlama verən Elnar Xəlilov bildirib ki, hadisə hava limanında baş verib. Müğənni maşınını saxlamaq istəyərkən Anar adlı sürücü ilə aralarında mübahisə yaranıb. Daha sonra isə onlar əlbəyaxa dava ediblər.

Əraziyə polis əməkdaşları gəlib. Onlar polis şöbəsinə aparılıb. Proqram zamanı E.Xəlilov prosesin hüquqi baxımdan düzgün aparılmadığını qeyd edərək efirdən Vilayət Eyvazova müraciət edib.

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com