Bəhram Bağırzadənin son vəziyyəti haqqında həkimindən açıqlama

“Bəhram Bağırzadənin ümumi vəziyyəti ağır olaraq qalır”.
Bu barədə Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev bildirib.
Onun sözlərinə görə, o, əvvəlki kimi ağciyərlərin süni ventilyasiya aparatına və EKMO cihazına qoşulu vəziyyətdədir: “Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də laborator göstəricilərində müəyyən yaxşılaşma qeyd edilir”.
Mənbə: APA