“Bələdçi ol” layihəsi yekunlaşdı.

Mediamax xəbər verir ki, Lənkəran gəncləri üçün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Bələdçi ol” layihəsinin 3-cü, son günü başa çatıb.
Layihə rəhbəri Nazlı İbrahimli iştirakçılarla günün açılışını edib və 2 gün nəzəri təlimdən sonra 1 günlük təcrübə turu haqqında məlumat verib.
Daha sonra iştirakçılar layihə rəhbəri və təlimçi ilə birlikdə Lənkəran şəhərində piyada şəhərdaxili təcrübə turuna çıxıblar. Təcrübə turunda öncədən təyin olunmuş Lənkəranın tarixi və turistik obyektlərinə səfər olunub. Bu təcrübə turunun əsas məqsədi iştirakçıların təlimin 1-ci və 2-ci günündə nəzəri cəhətdən öyrəndikləri məlumatları təcrübə turunda bələdçi olaraq istifadə etmək idi.
Təcrübə turunun sonunda layihə iştirakçıları gün ərzindəki fəaliyyətin təhlilini həyata keçiriblər.
Layihədə iştirak edən iştirakçıların hər biri fəal iştirakına görə sertifikatla təltif olunub.



