Bakı dəmiryolu stansiyasında yanğın

Bakı şəhərinin Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmiryolu stansiyasının ərazisində ehtiyat yolda dayanan istifadəyə yararsız vaqonun yanar hissələri 60 m² sahədə yanıb.
Qoşquda olan digər vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.