Bakı ekspres xətlərinin fəaliyyəti bərpa olunub

Bu gündən Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığı üçün M1, M2, M3, M4, M5, M6 və M7 ekspres xətlərinin fəaliyyəti bərpa olunub.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki əvvəllər olduğu kimi saat 07:00-dan 20:00-dək müəyyən edilib.
Gündəlik müntəzəm marşrut xətlərinin iş qrafiki isə dəyişməz olaraq qalır.
Həm müntəzəm, həm də ekspres marşrut xətləri üzrə avtobuslararası intervallar sərnişin axınına uyğun tənzimlənəcək.
Xatırladaq ki, ancaq qeyd edilən tarixlərdə Operativ Qərargahın müvafiq qərarına əsasən bütün ictimai nəqliyyat. o cümlədən ekspress xətlərin hərəkəti dayandırılacaq.
- 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
- 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Mənbə: BakuPost