“Bakı Metropoliteni” QSC-nin 29 əməkdaşı koronavirus (COVID-19) infeksiyasına yoluxub

Bu barədə qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, həmin şəxslərdən 6-sı sağalaraq evə buraxılıb, 1 nəfər isə dünyasını dəyişib: “Digər 22 nəfərin isə tibb müəssisələrində müalicəsi davam etdirilir”.
Mənbə: Report Az