Bakı metrosunun hansı günlər fəaliyyət göstərməyəcəyi açıqlanıb

Bakı metrosu şənbə və bazar günləri sərnişindaşıma fəaliyyəti göstərməyəcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 336 №-li Qərarına uyğun olaraq, 2020-ci il 14 sentyabr saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir. Lakin həmin Qərarın 1.2.5 bəndinə uyğun olaraq, sərnişindaşıma fəaliyyəti bərpa edilsə də, aşağıda qeyd edilən müddətlərdə Bakı metropoliteni sərnişindaşıma xidməti göstərməyəcək:
2020-ci il 19 sentyabr saat 00:00-dan
2020-ci il 21 sentyabr saat 06:00-dək;
2020-ci il 26 sentyabr saat 00:00-dan
2020-ci il 28 sentyabr saat 06:00-dək.
Mənbə: Apa