Ca. İyn 26th, 2025

Bakı-Naxçıvan-Bakı reysinə olan biletlərin satışı dayandırılıb

Bakı-Naxçıvan-Bakı reysinə aviabiletlərin satışı müvəqqəti dayandırılıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC (AZAL) məlumat yayıb.

Məlumata görə, ölkədə epidemioloji vəziyyətin davam etməsi ilə əlaqədar olaraq 7 iyuldan sonrakı tarixlərdə Bakıdan Naxçıvana və geri istiqamətdə reyslərə aviabiletlərin satışı AZAL aviaşirkətinin saytında müvəqqəti olaraq dayandırılır.

Satışın açılması barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Qeyd edilir ki, 7 iyul tarixədək olan reyslərə alınan bütün aviabiletlər etibarlıdır, nəzərdə tutulan reyslər cədvəl üzrə yerinə yetiriləcək.

Xatırladırıq ki, Naxçıvana və geri istiqamətdə uçuşlar 18 iyun tarixdən ikinci və dördüncü günlər olaraq həftədə 2 dəfə yerinə yetiriləcək.

Mənbə: Bakupost

Fidan İsrafilzadə

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com