Bakı sakinini bir neçə nəfər döyüb sonra da bıçaqladı

Bakının Sabunçu rayonunda bir nəfər naməlum şəxslər tərəfindən döyülərək bıçaqlanıb
Hadisə Ramana qəsəbəsində baş verib.
1985-ci il təvəllüdlü Səmədov Zaur Nəriman oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanıb.
Yaralı qarın nahiyəsinə bir neçə kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Mənbə : apa.az