Ç. İyn 25th, 2025

Bakı, Sumqayıt və Abşeronda məktəbəqədər təhsil oktyabrın 1-dən başlayacaq

Qərara əsasən, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərə n təhsil müəssisələrində tədris və təlimtərbiyə prosesinin təşkili barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 avqust tarixli 312 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il oktyabrın 1-dən;”;

1.2. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin:

“1.1-1. ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində – 2020-ci il sentyabrın 15-dən;”.

Qərar 2020-ci il noyabrın 2-dək qüvvədədir.

Mənbə: Apa

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com