Baki- Sumqayıt yolunda qəza baş verib

Mediamax-ın xəbərinə görə, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşması nəticəsində qəza baş verib. Nəticədə UAZ markalı yük maşını aşıb. İlkin məlumata ğörə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, digəri isə yaralanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.
Mənbə: APA