Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Paytaxtın kommunal strukturlarından verilən məlumata görə, dezinfeksiya işləri iyun ayının 7-i səhər saatlarından etibarən baş tutacaq.
Mənbə: Apa
