Bakıda ahıl kişi avtobusda vəfat edib

Bakıda ahıl kişi avtobusda vəfat edib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Bildirilib ki, 1950-ci il təvəllüdlü Bəxtiyar Mustafayevin marşrut avtobuslarından birində qəfildən halı pisləşib. Hadisə yerinə təcili yardım briqadası cəlb olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, B. Mustafayev ürəktutmasından ölüb.
Mənbə: Apa az