Ç. İyn 25th, 2025

Bakıda bir gündə üç nəfər intihar edib

Ötən gün Bakıda üç intihar hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Nərimanov rayonu, Orucəliyev küçəsində, 22 iyul saat 18:00 radələrində 2000-ci il təvəllüdlü R.Kazımov özünü asıb. Onun keçmiş hərbi prokurorun oğlu olduğu bildirilir.

Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini A.Eyyubov da eyni üsulla intihar edib.

Xəzər rayonunun Qala qəsəbəsində isə 1986-cı il təvəllüdlü A.Bəylərov evinin zirzəmisində özünü asıb.
Hər üç fakt rayon prokurorluqları tərəfindən araşdırılır.

Mənbə: Oxu.az

About The Author

Copyright © Müəllif hüquqları qanunla qorunur. | Faunistics.com