Bakıda dəhşətli qətl hadisəsi

Bakıda bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim oldu.
Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.
Qeyd edək ki, M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.
Mənbə: APA