Bakıda gənc dənizdə bataraq boğulub

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1995-ci il təvəllüdlü Qəhrəmanov Ülvi Adıgözəl oğlunun axtarışları başa çatıb.
Mediamax.az saytının məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.
Ü.Qəhrəmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.